“Evə qonaq gələn zaman Allahın nemətlərini qarşıya qoymalısan. Adam var, evinə qonaq 1-2 saatdır gəlib, getməyinə az qalmış deyir, yemək yesəydin, yaxşı olardı. Bir saatdır, sənin evindədir də... Sizin üçün nə hazırlayaq? Bu sualı qonağa vermək olarmı? Allahın verdiyi nemətlər nədirsə, süfrəyə qoymalısan...”
Surxay Məmmədli: “Adam var, evinə qonaq 1-2 saatdır gəlib, getməyinə az qalmış deyir, yemək yesəydin, yaxşı olardı...”
Pravda.az-ın xəbərinə görə, bunu ilahiyyatçı Hacı Surxay Məmmədli bildirib.
“Kasıbın olanından... Belə olanda halda, Allahın mələkləri sənə rəhmət oxuyacaq. Bu işdə tələsmək lazımdır”, - S.Məmmədli deyib.