“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm ölkəmizdə, həm də xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir. “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində millət vəkilləri, Milli Məclisin Aparat rəhbəri və əməkdaşları ilə birlikdə “Heydər zirvəsi”nə yürüş etdik”.
Adil Əliyev “Heydər zirvəsi”nə yürüş etdi - FOTO
Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib.
“Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxaraq Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edib, hörmət və ehtiramımızı bir daha izhar etdik. Yürüş iştirakçıları ilə birlikdə çətin relyef və hava şəraitinə baxmayaraq qarşıya qoyulan məqsədə nail olduq”, - o qeyd edib.