Keçmiş "Lider TV"-nin rəhbəri Ədalət Əliyevin qardaşı iş adamı Elnur Əliyevin toyu olub.
Pravda.az bizim media-ya istinadla xəbər verir ki, Elnur bəy Ülkər Məmmədova adlı xanımla ailə qurub.
Paytaxtın dəbdəbəli restoranlarının birində baş tutan məclisdə ziyalılar, ictimai xadimlər və şou-biznesin məşhur simaları iştirak ediblər.