Hindistanın artilleriya sistemləri istehsalçısı “Bharat Forge” özüyeriyən MArG 155 haubitsalarının Ermənistana çatdırılacağını açıqlayıb. Bu hərbi texnikaların xüsusən dağlıq ərazilərdə effektiv olduğu bildirilir. Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın yenidən silahlanmaya ciddi vəsaitlər ayırması onun sülh müqaviləsinin imzalanmasına hazırlaşmadığını göstərir:
“Hindistan və Fransadan müdafiə silahları aldığını elan edən rəsmi İrəvana eyni zamanda hücum xarakterli silahların da çatdırıldığının şahidiyik. Bu bir daha onu göstərir ki, Ermənistan regionda sülhün əldə edilməsində maraqlı deyil. O, yaxın perspektivdə hücum silahları arsenalını gücləndirmək və bununla da Azərbaycana qarşı təxribatlara, toqquşmalara münbit şərait yaratmaq niyyətindədir”.