BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Məcid AYB üzvlərinə ev verilməsi zamanı yaranan narazılığa münasibət bildirdi

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) aparat işçiləri üçün nəzərdə tutulan ev növbəsi mövcuddur. Evlər bölünərkən bu, nəzərə alınıb və birliyin növbədə olan əməkdaşlarının da hüquqları – uzun illər növbədə olmaları nəzərə alınıb”.

 

Bunu AYB sədrinin müavini Rəşad Məcid Yazıçılar Birliyinin üzvlərinə və aparat işçilərinə ev verilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.

 

“Düzdür, mən də arzu edərdim ki, bütün ehtiyacı olanlar mənzillə təmin olunsun. Amma, təəssüf ki, bu, mümkün deyil. Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur”, - sədr müavini əlavə edib./APA

Tarix: 20 Noyabr 2023, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin