Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda dəhşətli qəza, ölən var - ANBAAN VİDEO
Pravda.az-ın xəbərinə görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı təhqiqat aparılır.Qafqazinfo