Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov və müğənni Müjgan Ayxanın sevgili olduqları məlum olub.
Pravda.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu barədə "Maqazin plus" verilişində süjet yayımlanıb.
Proqramın əməkdaşları gecə saatlarında Eşqin və Müjganı məkanların birindən birlikdə çıxarkən görüntüləyiblər. Onlar sevgili olmaları ilə bağlı suallara rədd cavabı verməyiblər. Müjgan Eşqin olduğu yerdə danışmayacağını bildirib: "Bizə öyrədiblər ki, kişi olan yerdə xanım danışmaz".