Qeyri-etik görüntülərə görə bir müddət mətbuatın, medianın gündəmində olan sabiq deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmovun yeni romanı işıq üzü görəcək. Bu barədə Yenisabah.az-a Mirələmov özü məlumat verib. O, hazırda Behbud Xan Cavanşir haqda roman yazdığını, artıq tədqiqat işlərini bitirdiyini deyib:
“Əsər yazmaqla məşğul oluram, bu yaxınlarda yeni romanım çıxdı. "Bəyaz buludlar üstdə" adlı romanım burada çap olunan kimi Türkiyədə də çap edildi. Miniatür roman idi.
Hazırda yeni əsər üzərində işləyirəm. Behbud Xan Cavanşir haqda yazıram. O, Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri, çox böyük şəxsiyyət olub. Onun həyatını araşdırıram. Demək olar ki, tədqiqat işlərini bitirmişəm. Behbud xan Cavanşiri ermənilər İstanbulda qətlə yetirib. O faciəvi şəkildə dünyasını dəyişmiş böyük azərbaycanlılardan biridir, böyük şəxsiyyət olub”.
Onun sözlərinə görə, bu gün Behbud Xan Cavanşiri çox az adam tanıyır və romanı yazmaqda əsas məqsəd onu gənclərə tanıtmaqdır: