Ötən gecə Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.
Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev idarə etdiyi "Toyota Pirius" markalı minik avtomobillə övladını və kirvəsi olduğu dostunun 2 oğlunu yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış. Belə ki, ötən gün R.Şirəliyevin kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü imiş. Bununla əlaqədar o, 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu avtomobilə əyləşdirərək Bakı-Qazax yolu istiqamətində hərəkət edib.
Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə "Toyota Prius" aşmış halda 40 metr məsafəyədək yolu qət edib.