Xeyli vaxtdır ictimai tədbirlər və mediada görünməyən sabiq deputat, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli Bakupost.az -a geniş videomüsahibə verib.
O, müsahibədə hazırda elmi-pedoqoji fəaliyyətlə məşğul olduğunu, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında çalışdığını, bununla belə ictimai-siyasi həyatdan tamamilə uzaqlaşdığı haqda fikirlərlə razılaşmadığını bildirib. Hazırda YAP-da təmsil olunan sabiq deputat "Sosial sahələrin idarə edilməsi" adlı yeni kitabının çapdan çıxdığını da deyib.