3 milyon borcu yaranan naxçıvanlı iş adamına "stop" qoyuldu
3 milyon manata yaxın vergi borcu olan naxçıvanlı iş adamının ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo-nun məlumatına görə, bütün tiplərdən olan yaşayış binaların, o cümlədən koteclərin, çoxmənzilli evlərin tikintisi həyata keçirən "ENERJİ-AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 923 128,69 manat vergi borcu yaranıb.