Müğənni Türkan Vəlizadəyə efirdə ev hədiyyə olunub.
Pravda.az bizim media-ya istinadla xəbər verir ki, sənətçi bununla bağlı məlumatı qonaq olduğu "7 tamam" axşam şousunda alıb.
Sənətçiyə Yasamal ərazisində yerləşən çoxmərtəbəli yeni tikili binaların birində 100 kvadratlıq təmirsiz məzil hədiyyə olunub. Əlavə edilib ki, mənzil tam təmir olunaraq Türkana təhvik veriləcək.
Evin görüntüləri proqramda yayımlandıqdan sonra Vəlizadəyə mənzilin açarları təqdim olunub. Lakin Türkan bu bahalı hədiyyədən imtina edib: "Çox təəccübləndim. Bir sıra pərəstişkarlar istəyirlər ki, onların sevdiyi sənətçilər gözəl evlərdə yaşasınlar. Şükürlər olsun ki, əziyyətlə çalışıb pulumuzu qazanıb, özümüzə hansısa bir şərait qura bilirik. Mən tanımadığım insanlardan hədiyyə qəbul etmirəm. Bəlkə də o insanın özü buraya gəlsəydi və bu hədiyyəni mənə təqdim etsəydi heç olmasa bilərdim ki, kimdir...