Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən iclasda prokuror vəsatət qaldırıb.
Prokuror təqsirləndirilən Əfsanə Qalabəylinin psixi durumu ilə bağlı iki rəy olduğunu və bu rəylərin bir-biri ilə ziddiyət təşkil etdiyini deyib. Buna görə təkrar ekspertiza keçirilməsinə ehtiyac olduğunu bildirib.
Təqsirləndirən şəxs Ə.Qalabəylinin vəkili yeni bir ekspertizanın keçirilməsinə ehtiyac olmadığını bildirib.