Uşaqlarını vaxtında peyvənd etdirməyən valideynlərin məsuliyyətə cəlb olunacağı deyilir. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər peyvəndin xeyirli yox, zərərli olduğunu qeyd ediblər.
Bəs belə hallara görə valideynləri hansı cəzalar gözləyir?
Məsələni daha dəqiq araşdırmaq üçün Səhiyyə Nazirliyinə müraciət etdik.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki,qurumdan bildirildi ki, İnzibati Xətalar Məcələsində bununla bağlı müddəalar var.
Belə ki, dispanserizasiyası ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə görə uşağın qanuni nümayəndəsinə xəbərdarlıq edilməsi və ya 20 manat məbləğində cərimə nəzərdə tutulub.