Beynəlxalq Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihənin təqdimat mərasimi keçirilib.
Pravda.az Bizim.Media-ya istinadən xəbər verir ki, layihə ölkəmizdə qız uşaqlarına ögey münasibətə, selektiv abortlara həsr olunub.
Layihənin müəllifləri Mədəniyyət xadimi, dizayner, yazıçı Səbinə Zülalova və peşəkar biznes məşqçi, kələğayı kolleksiyaçısı Zümrüd Rüstəmovadır.















