Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.
Pravda.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Emomali Şaripoviç, Sizi Azərbaycanda salamlayıram. Sizinlə yenidən görüşməyimə şadam. Dəvəti qəbul etdiyinizə və SPECA Proqramının Sammitində iştirakınıza görə sağ olun. Görüşmək, danışmaq, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə etmək üçün daha bir yaxşı fürsətdir. Həmçinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının iclasında yeganə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən bunu yüksək qiymətləndirirəm. Bunu dostluq və hörmət əlaməti hesab edirəm.
Münasibətlərimiz çox uğurla inkişaf edir. Son vaxtlar biz Sizinlə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını dəfələrlə müzakirə etmişik. Əminəm ki, Sizin hazırkı səfəriniz də münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Nümayəndə heyətlərimizin üzvləri artıq sıx təmasdadır, həm dünən görüşüblər, həm də bu gün davam edirlər. Çoxlu planlar, layihələr var. Ən əsası isə xalqlarımızın qardaşlığıdır, əminəm ki, ortaq gələcəyimizdir.
Bir daha “Xoş gəlmisiniz” deyirəm. Vaxtınızın xoş keçməsini diləyirəm.
Sonra Prezident Emoməli Rəhmon çıxış edərək deyib: