Zaqatalada kişi qadını üç bıçaq zərbəsi ilə qətlə yetirib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əli Səfərov Aygün Həşimovanın ikinci həyat yoldaşı olub. Onlar ayrıldıqdan sonra bir müddət də Bakı şəhərində birlikdə yaşayıblar. Amma aralarında yaranan münaqişələrə görə, A.Həşimova yenidən Zaqatala şəhərinə qayıdıb, burada kafelərin birində işləməyə başlayıb.
Bu gün səhər saatlarında şəhər xəstəxanasının yaxınlığındakı küçədə Ə. Səfərov A.Həşimova ilə mübahisə edib. Mübahisə nəticəsində Ə.Səfərov A.Həşimovaya üç bıçaq zərbəsi vurub. Onların səsinə yaxınlıqdakı mühafizə polisi gəlib.