Bu gün Zaqatalada qətlə yetirilən 34 yaşlı Aygün Həşimova ilə bağlı bəzi təfərrüatlar məlum olub. A.Həşimovanın anası Zəminə Həşimova "Report"a bildirib ki, qızı Zaqatalada kafedə işləyirdi.
"Qızım 3-4 gün öncə işdən gələndə Əli Səfərov qabağını kəsib onu qaçırmağa gəldiyini bildirib. O, qızımın işlədiyi kafe ilə üzbəzə olan hoteldə qalırdı. Aygünü onunla birlikdə özünü də öldürəcəyi ilə hədələyib. Əli Aygünün ikinci həyat yoldaşı olub. Ailədə çoxlu söz-söhbət olub. Əli onu döyüb, pulunu alırdı. Aygün bunlara dözə bilməyib 10 gün əvvəl qayıdıb gəldi. O, qızımın adına kredit götürüb, onu borca salıb”, - deyə Z.Həşimova vurğulayıb.