Bakıda asudə vaxtlarını "Gənclik Mall" Ticarət Mərkəzində keçirən cütlük müxtəlif şəxslərə məxsus telefonları oğurlayıb. Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə 2023-cü il ərzində müxtəlif vaxtlarda baş verib.
1997-ci il təvəllüdlü Miramin Hüseynov (soyad şərti) oğurluğu 1993-cü il təvəllüdlü Nigar İmamliyeva ilə birlikdə törədib. Onlar oğurluqları "Gənclik Mall"un 1, 3 və 4-cü mərtəbələrində restoran və iaşə obyektlərdə törədiblər.
Ticarət Mərkəzində yerləşən KFC restoranının qarşısında masanın üzərində "Redmi Note 8" markalı, 1-ci mərtəbəsində yerələşən tualetdə güzgünün üzərində nəzarətsiz olan "Redmi Note 11S" markalı, 3-cü mərtəbədə olan tualetdə müxtəlif qadınlara məxsus "İphone XS”, "Redmi Note 8”, "Redmi Note 9T”, "Samsung Galaxy A71” və digər markalara məxsus telefonlar oğrulayıb.