24 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında görüş keçirilib.
XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Bununla yanaşı, KƏŞ-in vir sıra regional fotmatlarında, xüsusilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və proseslərə yaxından cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov bu xüsusda ölkəmizin sədrliyi altında BMT Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün xüsusi proqramının (SPECA) Bakı həftəsi və Sammitinin və əldə olunmuş razılaşmaların bölgədə əməkdaşlığa əlavə təkan verəcəyini bildirib.