Mingəçevir Regional Hospitalı və Gəncə İstanbul Genetics klinikasında çalışan travmatoloq-ortoped, Uzman doktor Mahmut Bilir sertifikasiya imtahanından 2021-ci ildə keçib.
Mahmut Bilir: “Həkimlərin sertifikasiya imtahanından 2021-ci ildə keçmişəm”
Bu barədə Pravda.az-a M.Bilir özü məlumat verib.
Onun sözlərinə görə, imtahanın nəticəsinə uyğun olaraq şəhadətnamə əldə edib. Noyabrın 23-də dərc edilən “Sertifikasiyadan keçməyən həkimlər! - Onlar əməliyyat da edir” başlıqlı yazıda Mahmut Bilirin də adı keçir. M.Bilirin adı məqalədə yanlış olaraq qeyd olunub. Həkimlə bağlı qeyri-dəqiqliyə yol verildiyinə ondan üzrxahlığımızı qəbul etməsini xahiş edirik. Pravda.az olaraq xüsusilə qeyd edirik ki, belə materialları dərc etməkdə məqsəd bu sahədə şəffaflığın və keyfiyyətin təmin edilməsinə dəstək verməkdir.