Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb

894
Paylaş:
Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb

Sumqayıt Tibb Mərkəzi anası tərəfindən imtina olunmuş 7 aylıq körpənin ölümü ilə bağlı açıqlama yayıb.

Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

"Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb. Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb. Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib", - deyə açıqlamada bildirilib.

Əlavə olunub ki, Uşaq Evinə yerləşdirilməsinə körpənin xəstəliyi ilə əlaqədar imtina cavabı verilib:

"Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq körpə 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib. Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib".

Paylaş:

Ən son xəbərlər