Gəncədə məktəb müəllimi evində ölü tapılıb.
Pravda.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yaşayan 30 yaşlı Elzar İsmaylov telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Buna görə FHN-nın 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN xilasediciləri mənzilə baxış keçirildikdə E. İsmaylovun meyitini vanna otağında aşkarlayıblar.