Baku TV-də Xalq artisti, kinorejissor Rasim Ocaqova həsr olunan veriliş yayımlanıb.
Verilişdə kinoşünas Aydın Kazımzadə, operator Rəfail Qəmbərov, Xalq artisti Hacı İsmayılov və digər tanınmış şəxslər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüblər.
Kinoşünas Aydın Kazımzadə bildirib ki, R.Ocaqov operator sənətinə vurğun olsa da, daha sonra rejissor olmaq qərarına gəlib:
“Rasim rejissor olmaq istəyəndə, Adil İsgəndərov ona icazə vermədi. Dedi ki, get diplom gətir. Ona görə də R.Ocaqov İncəsənət Universitetini oxuyub. Diplomunu A.İsgəndərova təqdim edəndən sonra yarımçıq qalan “Qatır Məmməd” filmi ona həvalə edilib. Bu film R.Ocaqovun kinoda ilk işi olub”.