Əməkdar artist Rəhman Rəhmanov bir otaqlı evini nümayiş etdirib.
Pravda.az axşam.az-a istinadən bildirir ki, sənətçinin evində "Çıxış yolu" proqramı çəkiliş edib. Aktyor 30 ildir bu evdə yaşadığını bildirib:
"Döşəməsi yoxdur, bünövrəsiz tikilidir, yarımzirzəmi sayılır. Burada yeyib, burada da yatırıq. Qonaq da qəbul edirik. Bir otaqdır, yataq tərəfi pərdə ilə ayırmışıq. Həyat yoldaşımındır, şəxsi evim yoxdur. Neçə dəfə müraciət etmişəm, amma imtina gəldi. Mənə indi ev lazım deyil, yaşlanmışam. Bir ayağım burada, digər ayağım orada".