Türkiyədə ağır yol qəzası olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Milas-Bordum magistral yolunda qeydə alınıb. Y.G.-nın idarə etdiyi avtomobil yağışlı havada idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə 5 nəfər yaralanıb.
Bu zaman bir qadın özünü çatdıraraq yaralılara dərhal tibbi müdaxilə edib və durumu ağır olan 3 nəfərin həyatını xilas etmək mümkün olub. Məlum olub ki, həmin qadın 2 uşaq anası olan azərbaycanlı tibb bacısı Zehra Akerdir.

