“Təəssüf ki, iqlim dəyişmələri ilə bağlı son zamanlar inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrin iqtisadiyyatı böyük itkilərlə qarşılaşır”.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O bildirib ki, alimlərin proqnozuna görə, yaxın gələcəkdə təbii fəlakətlərin sayı bütün dünyada çoxalacaq:
“Təbii ki, iqlimin istiləşməsi, eyni zamanda, buzlaqların əriməsi və okean səviyyəsinin artması nəticəsində atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər bütün bəşəriyyət üçün böyük çağırışa çevrilib”.