Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kəlbəcərdə maşın dərəyə aşdı: ölən var

888
Paylaş:
Kəlbəcərdə maşın dərəyə aşdı:     ölən var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Pravda.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının hadisə yerində ilkin araşdırması zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın dərəyə aşıb. Nəticədə xəsarət alan Adil Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Paylaş:

Ən son xəbərlər