Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.
Təhsil İdarəsindən Pravda.az-a verilən məlumata görə, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə təhsil mühitinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinq zamanı müşahidə olunan əsas istiqamətlərdəndir. Proses zamanı müvafiq istiqamətlərə aid olan 35 meyar 4 səviyyə üzrə qiymətləndirilir.