Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Xatirə İslam: “Heç vaxt kişi məclislərində oxumamışam”

1 193
Paylaş:
Xatirə İslam: “Heç vaxt kişi məclislərində oxumamışam”

Müğənni Xatirə İslam el şənliklərindən söhbət açıb.

Pravda.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, “Xəbər-ətər” verilişində indiyə qədər kişi məclislərində iştirak etmədiyini bildirib:

“23 ildir ki, sənətdəyəm. Mən heç vaxt kişi məclislərində oxumamışam. Orada maddiyyat nə olursa-olsun kişi məclislərinə getmirəm. Kişi məclislərinə gedən qadın müğənnilərə pis baxmıram. Bu, normaldır. Sənətçi, sənətkar hər yerdə oxuya bilər”.

Müğənni proqramın gedişatında xına məclislərinə getdiyini, lakin xına-dekor biznesi ilə artıq məşğul olmadığını dilə gətirib.

Paylaş:

Ən son xəbərlər