Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Bakıda dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.