Bakıda qəza törədən sürücü bıçaqlanıb. Lent.az-n məlumatına görə, hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Azadlıq prospektində qeydə alınıb. Avtobusla “Hyundai Elantra” markalı avtomobil toqquşub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı hiddətlənən avtobus sürücüsü T. Abdullayev minik maşınının sürücüsünə bıçaqla hücum edib.
Həmin vaxt Binəqədi rayon Mühafizə Xidmətinin əməkdaşları ərazidən keçirmişlər. Polislər minik maşını sürücüsünün artıq xəsarət aldığını görüblər. Çünki onunboğazında xəsarət izləri olub. Onlar sürücülərə müdaxilə edərək, hər ikisini Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil veriblər.