Ölkə ərazisində qızılcaya yoluxma halları müşahidə edilir. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir.
Bununla bağlı TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlama verib. Bildirilib ki, xəstəlikdən əsas qorunma üsulu peyvəndlənmədir.
TƏBİB rəsmisi bildirib ki, ölkə ərazisində qızılcayla bağlı müraciət edənlərin sayı nəzarət altındadır, kritik həddi keçməyib. Hazırda qızılcaya yoluxanlar arasında məktəb və bağçada oxuyanlar üstünlük təşkil edir.