Bəzi kütləvi informasiya resurslarında hüquq mühafizə orqanlarının Sabirabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.
Bu gün bəzi informasiya resurslarında Sabirabad Rayon İcra Hakimiyyətinin binasına girişin bağlanması və başçının birinci müavini Həsən Həsənovla bir neçə vəzifəli şəxsin saxlanması barədə məlumat yayılıb.
Sabirabad Rayon İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilir ki, bəzi kütləvi informasiya resurslarında hüquq mühafizə orqanlarının Sabirabad icra hakimiyyətində əməliyyat keçirtməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. İcra hakimiyyəti qeyd edir ki, bu cür məlumatın yayılması qərəzlidir və dezinformasiya xarakteri daşıyır.
İcra başçısının birinci müavini saxlanılıb? - RƏSMİ AÇIQLAMA