BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qaçqınkom": Borcumuz yoxdur

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur.


Pravda az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.


Qeyd olunub ki, məcburi köçkünlər kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər: "Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə dövlət büdcəsindən vahid aylıq müavinət verilir. Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri həyata keçirilir".


Məlumat üçün bildirək ki, bəzi mətbuat orqanlarında "Qaçqınkom"un digər quruma bir milyon manatdan artıq borcu olması haqqında məlumat yayılıb.

Tarix: 1 Dekabr 2023, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin