Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı İbadov Elxan Əhliyyət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.