Tərtərdə "Azərişıq"ın əməkdaşı bədbəxt hadisənin qurbanı olub.
"Azərişıq" ASC-nin işçisi faciəvi şəkildə öldü
Pravda.az lent.az-a istnadla bildirir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Famil Kamal oğlu Əliyev elektrik dirəyində iş görərkən dirək aşıb. Yıxılaraq müxtəlif xəsarətlər alan F. Əliyev xəstəxanada ölüb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.