"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Arif Alışanova qarşı dələduzluqda və onu öldürməyə cəhddə ittiham eidlən şəxslərin cinayət işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib. Qaynarinfo xəbər verir ki, iş hakim Nazim Mövsümovun icraatındadır.
İttiham aktına əsasən, 2013-2017-ci illər ərzində "Azərbaycan Dövlət Televiziya və Radio verilişləri” QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücayət Əkbərov Musabi Namazov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.
Şücaət Əkbərov dələduzluq yolu ilə Arif Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı ilin dekabrın 13-də Arif Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini Qoçalı Cəbiyevlə Müsabi Namazova tapşırıb.
Buna görə onlara 600.000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə Cəbiyev 100.000 manata bu işə keçmiş məhkum Zöhrab Şirinovu cəlb edib.
Nəzərdə tutulan gün Arif Alışanov 99-AA-400 dövlət nömrə nişanlı "Toyota Land Cruiser” markalı avtomaşında Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən dəstə üzvləri "Niva” markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər. Lakin istəkləri baş tutmayıb.