BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda aparıcı həbs edildi - YENİLƏNDİ - FOTO

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilərək 30 sutka inzibati qaydada həbs edilib.

 

***

16:12

 

“Kanal-13” internet televiziyasının əməkdaşı Rüfət Muradlı saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

Bildirilib ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur) maddəsi üzrə ittiham irəli sürülüb.

 

R.Muradlı Xətai Rayon Məhkəməsinə aparılıb.

 

Qeyd: Noyabrın 28-də "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 aylıq müddətə həbs qətimkan tədbiri seçilib.

Fotoları təqdim edirik
Tarix: 2 Dekabr 2023, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin