BURADA REKLAMINIZ OLA
BİLƏR

Draqana Koiç: "BQXK heç vaxt silah-sursat daşımır"

"BQXK heç bir zaman heç bir yerdə silah-sursat daşımır. Bu iddialar doğru deyil. BQXK yardımı qlobal şəkildə yayımlanır. Yardımlar adətən qızğın münaqişələrin baş verdiyi yerlərə gedir".

 

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç "Azərbaycanda Əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada deyib.

 

"Qızıl Xaç olaraq biz humanitar təsir üzərində fokuslanırıq. Siyasi müzakirə və debatlarda iştirak etmirik. BQXK minaların istifadəsini həmişə tənqid edir. Onun insanların, icmaların üzərində çox faciəli təsiri var, ona görə də həmişə onlara qarşı təbliğat aparırıq. O cümlədən, Azərbaycana da dəstək göstəririk. Biz minatəmizləmə işinin həcmini nəzərə alaraq dövlətin böyük dəstəyə ehtiyacı olduğunu başa düşürük. Ancaq biz o halda dəstək göstəririk ki, orada boşluqlar var", - D.Koiç vurğulayıb.

 

Report

Tarix: 4 Dekabr 2023, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin