"İslam Rzayev başqa cür insan idi, mənlə dərdləşirdi. Onu hər yerə aparırdım. Mənim mənəvi atam olub. İslam müəllim hər zaman arxamda dayanırdı. İki qavalı var idi, birini mənə verdi. Muğam Teatrında ona gecə keçirtdim. Onun haqqında kitab çap etdirmişdik. İslam müəllim rəhmətə gedəndən sonra nadir hallarda muğam oxudum".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "O üz" proqramında deyib. SSR Xalq artisti, mərhum müğənni İslam Rzayevə həsr edilən verilişdə ifaçı müəllimindən danışıb.