"Bu gün xəstəni təcili yardım maşını ilə özəl xəstəxanalara aparmaq üçün vətəndaşdan təxminən 5-6 min manat depozit istənilir. Özəl müəssisələr üçün başadüşülən olsa da, bu, adi insanlar üçün böyük vəsaitdir".
Bunu Milli Məclisin deputatı Rüfət Quliyev dekabrın 5-də parlamentin plenar iclasında çıxışı zamanı deyib.