BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda Seymur Talıbova məxsus ofisin önündə AKSİYA

Naxçıvan şəhərində Seymur Talıbova məxsus ofisin önündə etiraz aksiyası keçirilib.


Aksiyada Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş sədri Hicran Rüstəmovun ailə üzvləri iştirak ediblər.


Seymur Talıbova məxsus "Reges Renta Cars" şirkətinin ofisinin önündə keçirilən aksiya zamanı onlar hazırda həbsdə olan Rafael Əliyev və Hicran Rüstəmovun məhz Seymur Talıbova görə həbs edildiyini, dövlətə olan borcları onun ödəməli olduğunu bildiriblər.


Qeyd olunub ki, S.Talıbov tərəfindən dövlətə pulun bir qismi ödənilib, yaxınları isə məhz ona görə 1 ilə yaxındır həbsdədilər. Artıq 3-cü dəfədir bura gəldiklərini deyən etirazçılar, hələ də S.Talıbovun qəbuluna düşə bilmədiklərini açıqlayıblar.


APA-nın əməkdaşı qarşı tərəfin mövqeyini öyrənməyə calışsa da, məsələ ilə bağlı açıqlama verilməyib.


Xatırladaq ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.


Hicran Rüstəmov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham olunur.

Tarix: 5 Dekabr 2023, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin