BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qızımın 39 temperaturu oldu, onu məktəbdən saxlamadım"

Müğənni Aynur Dadaşova qızının xəstəliyindən danışıb.

 

O, ARB televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində qonaq olub.

 

Qızının xəstəliyi yüngül keçirtdiyini deyən müğənni, narahat olduğunu da gizlətməyib:

 

"Qızım 6 nömrəli məktəbdə təhsil alır. Son 3-4 gündə 39 dərəcə temperaturu oldu, amma səpkiləri olmadı. Onu məktəbdən saxlamadım, dərsdən geri qalır. Çox narahatam. Bir çox valideynlər övladlarını dərsə getməyə qoymur. Getməyəndə də dərslərdən geri qalırlar. Uşaq vaxtı qızım peyvənd olunub. Bununla bağlı peyvənd kitabçası da var" deyə Aynur bildirib.

 

Azxeber.com

Tarix: 5 Dekabr 2023, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin