Artıq bir aya yaxındır ki, mərkəzi istilik sistemi işə salınıb, lakin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Şamil Kamilov və Mahir Əmirov küçələrinin sakinləri bu istilikdən məhrumdurlar.
Sakinlərin sözlərinə görə, noyabrın 15-dən verilən istilik cəmi iki-üç gün davam edib.
Onlar qeyd ediblər ki, ərazi üzrə Mənzil İstismar Sahəsi (MİS) əməkdaşlarının da mövcud problemdən xəbərləri var.