Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib. Bu barədə məlumat Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sosial şəbəkə hesabında yayılıb.
Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib.