Siyəzəndə evdən oğurluq edilib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.
O bildirib ki, Siyəzən şəhər sakini A.Hüseynova Siyəzən RPŞ-ə ərizə ilə müraciət edərək yaşadığı evdə saxladığı heyvanlarla (pişiklərlə) bağlı çəkiliş edən bir neçə nəfər xanımın onun evindən iki ədəd telefon, bir ədəd planşet, 240 manat pul, bir ədəd bank kartı və anasının şəxsiyyət vəsiqəsini oğurladığını bildirib.