Dekabrın 6-da səhər saatlarında Qəbələ rayonunun Zarağan kəndində maskalı naməlum şəxs evlərdən birinə daxil olaraq ev sahibini kəsici-deşici alətlə hədələyib, pul və qızıl-zinət əşyaları tələb edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ev sahibi olan qadın müqavimət göstərib və maskalı şəxsi tanıyıb. Bu zaman o, hadisə yerindən qaçmağa çalışsa da, kənd sakinləri tərəfindən saxlanılaraq polisə təhvil verilib.