“Tıxac səbəbi ilə qatıldığım toya düz bir saat gecikmişdim. Toy sahibinə dedim ki, saat 1-2-yə kimi oxuyaram. Gecikmişdim deyə saat üçə işləmişə qədər oxudum. Buna baxmayaraq, alacağım pulu kəsdilər”.
Pravda.az-ın xəbərinə görə, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən el məclislərinin birində başına gələn hadisənin pərdəarxası məqamlarından danışarkən deyib.