Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsi ABŞ tərəfindən dəstəklənir.
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dekabrın 6-da keçirilən görüşdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.